Alişan və Busə Varol cütlüyünün xına gecəsi olub

Mayın 6-sında nikah masasına əyləşəcək Alişan və Busə Varol cütlüyünün xına gecəsi baş tutub.
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün məşhur hotellərin birində cütlüyün xına gecəsi təşkil olunub. Xına gecəsi üçün 3 ziyafət geyimi tikdirən Busə Varol dostları ilə əyləncəli bir gecə keçirib.
Müğənni ALişan isə bu günü "Boğaz”da dostlarının ətrafında qeyd etdikdən sonra hoteldə təşkil olunan xına gecəsinə qatılıb.