Tramp Putin və Zelenski ilə görüşəcək?

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə iştirak etməyə hazır olduğunu bildirib.
ONN media xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi görüşdə jurnalistlərə deyib.
Belə bir üçtərəfli görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, zərurət yaranarsa, iştirak edə bilər.
O, həmçinin qeyd edib ki, indiki mərhələdə Rusiya prezidenti ilə görüşə hazırlıq gedir