Yoldan keçənlər naməlum şəxsin hücumuna məruz qalıb

Haaqanın mərkəzində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.
ONN media xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Hücum Haaqa Universitetinin yaxınlığındakı kofedə baş verib. Naməlum şəxs kofedəki bir nəfəri yaraladıqdan sonra küçəyə çıxaraq daha 2 nəfəri də yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis hücum edən şəxsi ayağından yaralayaraq saxlayıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.