İsrailin hücumu nəticəsində nə qədər insan həlak olub?

İsrailin İrana hücumu nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
ONN media xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb. “Nərməkdə (Tehranın şimal-şərqindəki rayon) zədələnmiş binadan 5 qurban və 20 yaralı çıxarılıb”, - mənbə bildirib.
Medianın verdiyi məlumata görə, hava hücumunun hədəflərindən biri yaşayış məntəqəsi olub. İranın yüksək rütbəli hərbçilərinin məskunlaşdığı yaşayış binalarına da hücum olub. Daha sonra İran rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı mütəxəssisi doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib