Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı
Türkiyənin Adana vilayətində meşə yanğınlarını söndürmək üçün göndərilən təyyarə qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Təyyarə su götürmək üçün Seyhan Baraj gölünə enmək istəyən zaman qəzaya uğrayıb. Qəza nəticəsində iki pilot yaralanıb”, - məlumatda qeyd olunub.
