Təbrizdə güclü partlayış baş verib

Təbriz neft emalı zavodunda hazırda istismarda olan qurğulardan birində azot kapsulu partlayıb.
ONN media xəbər verir ki, güclü partlayış səsi ətraf ərazilərdə də eşidilib.
Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilib.
Partlayışın nədən qaynaqlandığı bəlli deyil.