Qəzzada partlayış: ölənlər var

Qəzzada partlayış: ölənlər var


Qəzza zolağında partlayış nəticəsində 6 fələstinli ölüb.

ONN media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fələstinin səhiyyə naziri Əşrəf əl Kidra bildirib.

Fələstində hakim HƏMAS hərəkatının hərbi qanadı insidentin baş verməsində israilli hərbçiləri günahlandırıb.  

“Düşmənin hazırladığı mürəkkəb əməliyyat nəticəsində baş vermiş partlayış “İzəddin əl-Kəssam” briqadasının 6 döyüşçüsünün həyatına son qoyub”, - deyə qruplaşmanın məlumatında bildirilir.  

Geri qayıt