Suriyada dəhşətli partlayış baş verib

Suriyada dəhşətli partlayış baş verib
Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 70 nəfər yaralanıb.
ONN media xəbər verir ki, "Əl-Ərəbiyyə" mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib.
Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumunun nəticəsidir.
Geri qayıt