Türkiyə ABŞ-ı hədələdi

“ABŞ embarqo qoyarsa cavabını verəcəyik. “F-35” qırıcılarının satışının ləğv edilməsi qəbul olunası bir qərar deyil, əgər ləğv edilərsə cavablarını alacaqlar”.
ONN media xəbər verir ki, bunu "CNN Turk" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir gələn həftə Birləşmiş Ştatlara səfər edəcəyini və bu məsələni orada müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, "F-35"in satışının ləğvi məqbul deyil.
Qeyd edək ki, aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə bilər.