Əfqanıstanda məsciddə partlayış — 10 nəfər ölüb, 34 yaralı var

Əfqanıstanda məsciddə partlayış — 10 nəfər ölüb, 34 yaralı var


Əfqanıstanda məsciddə partlayış baş verib.

ONN media  xəbər verir ki, bu barədə yerli "Tolo News" kanalına istinadən "Ria Novosti" məlumat yayıb.

Partlayış nəticəsində azı 10 nəfər ölüb, 34 nəfər yaralanıb. 

Yerli polis hadisəni təsdiq edib. Məlumata görə, məscid həm də seçicilərin qeydiyyat mərkəzi kimi istifadə edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Geri qayıt