ONN media xarici KİV-ə istinadən xəbər verir ki, bunu CNN Türk kanalına müsahibəsində Mövlud Çavuşoğlu deyib.
Türkiyənin XİN rəhbəri bildirib: "Əvvəl viza rejimini qismən ləğv etməyə çalışacağıq. Ola bilər ki, bu ilin sonuna iki ölkə prezidentləri bir addım atacaq".
Qeyd edək ki, Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini 2015-ci ilin noyabrında iki ölkə arasında münasibətlərin soyuması fonunda tətbiq edib.