Ukraynada sərnişin qatarı vuruldu
Rusiyanın Sum vilayətinin Şostka şəhərində sərnişin qatarlarına hücumu nəticəsində bir nəfər ölüb.Bu barədə Sum Vilayət Prokurorluğu Feysbukda məlumat yayıb.
Prokurorluq qeyd edir ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi - insan ölümü ilə nəticələnən hərbi cinayətlərin törədilməsi ilə tövsif edilib.
"Sərnişin avtomobillərindən biri yanıb. Yanğının söndürülməsi zamanı xilasedicilər dəfələrlə atəşə tutulub, lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Təhlükəyə baxmayaraq, yanğın tamamilə söndürülüb", - DİN-in məlumatında qeyd olunub.
