Kanadada güclü külək üç can aldı

Kanadanın Ontario əyalətində güclü külək nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bundan əvvəl bir nəfərin öldüyü, daha birinin isə yaralandığı bildirilirdi.
Kanadanın cənub-şərq hissəsində güclü külək cümə günü səhər saatlarından əsməyə başlayıb.