Koreyada neft tankeri yandı
Cənubi Koreya sahillərində Panama bayrağı altında üzən neft tankerində yanğın başlayıb.
ONN media APA-ya istinadən xəbər verir ki, insident Cənubi Koreyaya məxsus Tonön adası yaxınlığında qeydə alınıb.
Zərərçəkənlər barədə məlumat verilmir. Hadisə yerinə sahil mühafizəsinin gəmiləri göndərilib.
