Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Moskva ətrafındakı güclü hava hücumundan müdafiə sistemi bütün Ukrayna dronlarını vura bilməyib, çünki Müdafiə Qüvvələri həddindən artıq yükləmə taktikasına əl atıb.
ONN media xəbər verir ki, bunu aviasiya üzrə ukraynalı ekspert Konstantin Krivolap “Kyiv24”ə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli bir hissəsi həqiqətən də rusların dörd müdafiə halqası yaratdığı Moskva ətrafında cəmləşib.
"Əgər “Pantsir”dirsə, o, təxminən 20-25 kilometr radiusu əhatə edir. Məsələn, əgər orada 12 dron uçursa, hamısı məhv edilir. Sonra yarım saat “dincəlir”, 13-cü dron isə gəlib öz işini görür", - Krivolap bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri ardıcıl iki gündür ki, Moskvaya kütləvi PUA hücumları həyata keçirir.
