İranda bu hava limanları bağlanır

İranda bu hava limanları bağlanır
İranda sabiq ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimi ilə əlaqədar bəzi aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq ediləcək.
ONN media xəbər verir ki, İran Hava Limanları Şirkəti Tehranın Mehrabad aeroportunun iyulun 3-də və 6-da fəaliyyətini tam dayandıracağını açıqlayıb.
Məlumata görə, Mehrabad hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində məhdud şəkildə fəaliyyət göstərəcək.
Məşhəd Beynəlxalq Hava Limanı isə iyulun 9-da fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq. Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Geri qayıt