Türkiyə S-400-ləri bu ölkəyə verir
Məndə olan məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb.
ONN media xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib.
“Saziş bu gün (cümə günü) açıqlanacaq. S-400-lər Fars körfəzi ölkəsinə göndərilir. Dünən bəzi problemlərin həlli üçün işlər gedirdi və onların gecə yarısına qədər həll edildiyi bildirilirdi. Bəziləri deyir ki, bu, Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ), digərləri isə Qətər olduğunu iddia edir. Rəsmi açıqlamanı gözləmək ən yaxşısıdır”, - o əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə Tramp Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tramp görüş zamanı CAATSA sanksiyalarının ləğv ediləcəyini və Türkiyəyə F-35-lər veriləcəyini açıqlayıb.
F-35-lərin verilməsində əsas maneə kimi Rusiyanın S-400 sistemləri göstərilir.
