Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verdi

Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verdi
Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, yeraltı təkanların episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Səlahiyyətli qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və monitorinq işlərini davam etdirirlər.
Geri qayıt