Tramp: “İrana qarşı tezliklə yeni sanksiyalar tətbiq ediləcək”

Yaxın gələcəkdə rəsmi Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
ONN media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək”, deyə D.Tramp bildirib.
O həmçinin əlavə edib ki, nüvə proqramı inkişaf etdirdiyi təqdirdə İranı çox ciddi fəsadlar gözləyir.