Merkel Dmitri Medvedevi təbrik edib
Almaniyanın kansleri Anqela Merkel Dmitri Medvedevin yenidən Rusiyanın baş naziri seçilməsi münasibətilə təbrik edib, bundan sonra da ikitərəfli və iqtisadi münasibətlərin genişləndirilməsi üçün etibarlı tərəfdaş olmağa əminliyini bildirib.
ONN media RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə teleqramda deyilir:
“Almaniya Rusiya ilə birgə qarşılaşdığı çoxsaylı problemləri həll etmək istəyir”.
