Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir

Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir


Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydalarına dəyişikliklər ediləcək.

ONN media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 

Baş nazir bildirib ki, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Gürcüstanın Ədliyə Nazirliyi qanunvericiliyə dəyişikliklər layihəsi təqdim edəcək: “Yeni qaydalara əsasən, Gürcüstanda daimi yaşayış icazəsi almaq üçün xarici vətəndaş ölkədə son 10 il müddətində yaşamalıdır. Hazırda bu müddət 6 il təşkil edir. Müvəqqəti yaşayış üçün veriləcək icazənin müddəti isə 6 ildən 12 ilədək artırılacaq”. 

G. Kvirikaşvili qeyd edib ki, əgər xarici ölkə vətəndaşının 6 ildən sonra Gürcüstanda daimi qalmaq üçün məqsədləri olmasa, həmin şəxsə yenidən daimi deyil, müvəqqəti yaşayış icazəsi veriləcək.

Geri qayıt