Ermənistanda polis və Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbərlər təyin edilib

Ermənistanda polis və Milli Təhlükəsizlik Xidmətinə yeni rəhbərlər təyin edilib


Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi ilə polis və Milli Təhlükəsizlik Xidmətinə (MTX) yeni rəhbərlər təyin edib.

ONN media xəbər verir ki, A.Sarkisyanın fərmanına əsasən, Ermənistan polisinin rəisi vəzifəsinə Yerevan polisi rəisinin sabiq müavini Valeri Osipyan, MTX direktoru postuna isə xidmətin paytaxt üzrə idarəsinin rəis müavini Artur Vanetsyan təyin edilib.   

Nikol Paşinyan “Facebook”-da dərc etdiyi video müraciətində bildirib ki, MTX-nın yeni rəhbəri əsas diqqətini gömrük sistemindəki nöqsanların aradan qaldırılmasına yönəltməlidir.

Onun sözlərinə  görə, güc strukturlarındakı korrupsiya ilə mübarizə çox sürətlə aparılmalıdır.  O qeyd edib ki, bu məsələ MTX və polis rəhbərlərinin əsas vəzifələrindən biri olmalıdır.

Qeyd edək ki, Ermənistanda polis və MTX rəhbərləri birbaşa baş nazirə tabedirlər.  

Geri qayıt