İsrail hərbçiləri ilə toqquşmalarda 448 fələstinli yaralanıb

İsrail hərbçiləri ilə toqquşmalarda 448 fələstinli yaralanıb


Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 448-i xəsarət alıb.

ONN media  RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsəsən, etiraz aksiyalarında iştirak edən fələstinlilər müxtəlif dərəcəli xəsarət alıb, həmçinin gözyaşardıcı qazdan zəhərləniblər.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

Geri qayıt