İspaniyada təyyarə qəzaya uğradı - 3 ölü

İspaniyada təyyarə qəzaya uğradı - 3 ölü


İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

ONN media RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə bölmələri və həkimlər cəlb edilib. Lakin onlar təyyarədəki insanların həyatını xilas edə bilməyiblər.

Ölənlərin milliyyəti müəyyən edilməyib.

Geri qayıt