Koreya və Türkiyə təyyarələri toqquşdu

Türkiyənin Atatürk hava limanında "Airbus 721" tipli təyyarənin quyruğuna Cənubi Koreyanın "Air Asiana" şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.
ONN media "Milliyet"ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib.
Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hər iki təyyarəyə ziyan dəyib.