İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik artır– ƏBU-DABİ BOMBALANDI

İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik artır– ƏBU-DABİ BOMBALANDI


Yəməndə İrandan dəstək alan şiə təriqətinə mənsub Husilər Əbu-Dabidə yerləşən nüvə elektrik stansiyasına bomba atdıqları barədə məlumat yayıb.

ONN media xəbər verir ki, terror təşkilatının internet saytında “Əbu-Dabidəki əl-Barakah nüvə elektrik stansiyası bombalandı” deyə xəbər yerləşdirilsə də, ətraflı məlumat verilməyib. Həmçinin, hələ ki, hadisənin törədildiyini göstərən sübut da əldə edilməyib.

Qeyd edək ki, oxşar olay noyabr ayında da baş vermişdi və İran-Səudiyyə Ərəbistanı münasibətlərini müharibənin astanasına gətirib çıxarmışdı.

Geri qayıt