Türkiyə prezidenti Netanyahunu günahlandırdı

Türkiyə prezidenti Netanyahunu günahlandırdı


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə  və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

“Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aperteid dövlətinin baş naziridir

Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.

İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun”, - deyə Ərdoğan “Twitter” səhifəsində yazıb.

Geri qayıt