ABŞ niyə narahatdır?

ABŞ Krım körpüsünün istifadəyə verilməsindən narahatdır.
ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert bildirib.
Onun sözlərinə görə, körpünün tikintisi naviqasiyaya problem yaradıb.
“Biz bunu diqqətlə izləyirik və bu bizi çox narahat edir”, - deyə Xizer Nauert bildirib.
Onun sözlərinə görə, Dövlət Departamentində körpünün təntənəli açılış mərasimini və Rusiya prezidenti Vladimir Putinin idarə etdiyi yük maşınının körpüdən keçməsini izləyiblər.
Böyük Britaniya da Krım körpüsünün açılışını pisləyib.