İsrail Qəzza zolağını atəşə tutdu

İsrail Qəzza zolağını atəşə tutdu


İsrail hərbçiləri Qəzza zolağını atəşə tutub.

ONN media bu barədə İsrail müdafiə ordusunun "Tvitter"ində məlumat yayılıb.

Məlumata əsasən, İsrail ordusunun tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın iki hərbi postunu atəşə tutub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

Geri qayıt