Türkiyədən İsraillə bağlı kritik TƏKLİF

"İsrailin törətdiyi qətliam Beynəlxalq Cinayət Məhkəməsinə daşınmalıdır”.
ONN media xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
Xatırladaq ki, mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüb. Buna etiraz edən fələstinlilərə İsrail hərbçilərinin açdığı atəş nəticəsində 61 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.