Kilauea vulkanın püskürməsi nəticəsində 1 nəfər xəsarət alıb

Havay adasında Kilauea vulkanın püskürməsi nəticəsində lavalardan bir hissə yerli sakinin üzərinə düşüb.
ONN media xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Kişi evinin eyvanında olan zaman ayağına lava hissəciyi sıçrayıb.
Qeyd olunur ki, həmin şəxs Havayda vulkandan xəsarət çəkən ilk sakindir.