Puma velosipedçilərə hücum edib - 1 nəfəri parçalayıb

Puma velosipedçilərə hücum edib - 1 nəfəri parçalayıb


ABŞ-da puma iki velosipedçini tələyə salaraq onlardan birini parçalayıb.

ONN media xəbər verir ki, bu barədə USA Today məlumat yayıb.

İki kişi Sietlda dağlıq ərazidə velosiped sürürmüş. Saat 11 radələrində 911 xilasetmə xidmətinə zəng gəlir.

“Məni eşidirsiniz? Kömək edin!”, – dəstəyə qışqıran kişinin səsi kəsilir.

Polislər zəng edilən yeri tapır. Hadisə yerinə gələn polislər velosipedçilərdən birini parçalanmış, digərini isə yaralı görür. Aqressiv heyvan güllələnir.

Yaralı velosipedçi xəstəxanaya çatdırılıb, onu vəziyyəti ağırdır.

Geri qayıt