Məktəbdə şagirdlər naməlum qaz iyindən zəhərlənib

ONN media Ukraynanın Nikolayev şəhərində yerləşən orta məktəbin şagirdləri naməlum qaz iyindən kütləvi şəkildə zəhərləniblər.
Artıq 40-a yaxın şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Polisə məlumat daxil olan kimi orta məktəbin 400 şagirdi binadan evakuasiya edilib. Həkimlərin ilkin rəyinə görə, şagirdlərin zəhərlənməsi naməlum qazdan olub. Hazırda hüquq mühafizə orqanları naməlum qazın tərkibini və məktəbə necə yayıldığını araşdırmağa başlayıb.