Hindistanda sərnişin qatarı yandı

Hindistanda sərnişin qatarı yandı


Hindistanda yüksək sürətli sərnişin qatarı alışıb.

ONN media xəbər verir ki, hadisə Madxya-Pradeş ştatının Qvalior şəhərində baş verib.

Hindistan Dəmir Yolları Nəqliyyatı Nazirliyinin rəsmi nümayəndəsi Ved Prakeşin sözlərinə görə, insident səhər saatlarında olub. O bildirib ki, əvvəl qatarın B6 vaqonunda yanğın başlayıb. Daha sonra alov B7 vaqonuna keçib.

Onun sözlərinə görə, yanan vaqonları qatardan dərhal ayırmaq mümkün olub. Hazırda yanğının tam aradan qaldırılması istiqamətində iş aparılır.

Yanğın nəticəsində xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Geri qayıt