800 adam göbələkdən zəhərləndi, 11-i öldü

800 adam göbələkdən zəhərləndi, 11-i öldü


İranın bir neçə əyalətində 800-dən çox adam göbələkdən zəhərlənib.

ONN media xəbər verir ki, onlardan 11 nəfəri ölüb.

İranın Səhiyyə Nazirliyi 230 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. 3 nəfər qaraciyər transplantasiyası əməliyyatı keçirib.

Qeyd olunur ki, zəhərlənmə halları əsasən İranın qərbində - Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, eləcə də Həmədan əyalətlərində qeydə alınıb.

Geri qayıt