Modemləri sıradan çıxaran yeni virus yayılıb

Modemləri sıradan çıxaran yeni virus yayılıb


ABŞ-ın “Cisco Systems” telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğunu xəbərdar edib.

ONN media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Şirkətin hesabatına görə, şərti olaraq “VPN Filter” adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır.

Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları oğurlaya bilir.

54 ölkədə qeydə alınan “VPN Filfter” daha çox Ukraynada aktiv şəkildə yayılır.

Geri qayıt