Yaşayış binasında partlayış - Yaralananlar var

Rusiyanın Perm şəhərində yaşayış binasında partlayış baş verib.
ONN media xəbər verir ki, beşmərtəbəli binanın ikinci mərtəbəsində mənzildə məişət qazı partlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində bir neçə mənzilə ziyan dəyib.