Çexiya Qüdsdə fəxri konsulluq açıb

Çexiya Qüdsdə fəxri konsulluq açıb


Bu gün Çex Respublikası Qüds şəhərində fəxri konsulluq açıb. 

ONN media  TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı Praqanın "Mlada fronta Dnes" qəzeti yayıb. 

Ölkənin Qüdsdə fəxri konsulu vəzifəsinə çex əsilli israilli sahibkar Dan Propper təyin edilib. 

Nəşr qeyd edir ki, Qüdsdə fəxri konsulluğun açılması, əsasən, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Geri qayıt