İstirahətə gələn iki turist qəflətən ölüb

İstirahətə gələn iki turist qəflətən ölüb


Türkiyənin Fəthiyyə şəhərində iki Britaniya vətəndaşı naməlum şəraitdə vəfat edib.

ONN media Türkiyə mətbuata istinadən xəbər verir ki, məzuniyyətlərini Türkiyədə keçirən 51 yaşlı Samuel Ceymz və 46 yaşlı rəfiqəsi Ceyn Amanda  Günlüklü adlı yerdə təbiətin qoynunda  çadır qurub.

Turistlərin uzun müddət çadırdan çıxmadığını görən, insanlar vəziyyətdən şübhələnib. Çadıra baxış keçirilən zaman orada turistləri ölmüş vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları meyitlərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlamayıb.

Ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlər məhkəmə tibbi ekspertizasına göndərilib.

 

 

Geri qayıt