Qazaxıstan Rusiyadan benzinin idxalını qadağan etdi

Qazaxıstan Rusiyadan benzinin idxalını qadağan etdi


Qazaxıstanın energetika nazirin əmrinə əsasən, ölkəyə Rusiyadan dəmiryolu xətti ilə benzinin idxalına qadağa qoyulub.

ONN media  xəbər verir ki, bu haqda “Sputnik-Kazaxstan” məlumat yayıb.

Qadağanın əmrin dərc olunmasından 10 gün sonra qüvvəyə minəcəyi və üç ay müddətinə qüvvədə qalacağı bildirilir.

Bundan başqa respublikanın milli iqtisadiyyat nazirliyinə benzin qadağası ilə bağlı Avrasiya iqtisadi komissiyasını məlumatlandırması tapşırılıb.

Geri qayıt