Rusiya və ABŞ arasında buzlar əriyir?

Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır və Vaşinqtondan konkret təkliflər gözləyir.
ONN media xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov beynəlxalq forumda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, təəssüf ki, Rusiya ilə ABŞ münasibətlərində cəbhələşmə normaya çevrilib.
Rusiyalı nazir deyib: "Və bu bizdən asılı deyil. Nə ABŞ, nə də başqa bir ölkə ilə münasibətlərdə cəbhələşmə istəmirik",
S.Lavrov Rusiyanın bütün istiqamətlər üzrə əlaqələri bərpa etməyə hazır olduğunu da xüsusi vurğulayıb.