Zoopark bağlandı - SƏBƏB?

Moskva zooparkı paytaxt ərazisində qasırğa xəbərdarlığı ilə əlaqədar bağlanıb.
ONN media xəbər verir ki, Moskvada küləyin sürətinin saniyədə 20 metrədək çatacağı proqnozlaşdırılır.
Zooparkın bu gün ərzində bağlı qalacağı bildirilib. Zooparkın sabahkı iş qrafiki ilə bağlı isə hələ məlumat yoxdur.
Qeyd edək ki, bu gün Moskvada əsən güclü külək nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-i uşaqdır.