Yunanıstanda kütləvi tətil başladı
Yunanıstan hökumətinin iqtisadi siyasətinə etiraz edən xalq kütləvi tətillərə başlayıb.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən bir çox dövlət və özəl qurumların işçiləri küçələrə axışıb.
Tətillər səbəbindən bir çox məktəbdə dərslər dayanıb.
Sabah avtobus və tramvay sürücülərinin, həmçinin media nümayəndələrinin də tətilə qoşulacağı bildirilir. Radio və televiziyalarda verilişlər yayımlanmayacaq.
