Türkiyədən acı xəbər - 3 şəhid
İraqın şimalında Türkiyə silahlı qüvvələri ilə PKK terrorçuları arasında baş vermiş silahlı toqquşmada üç türk hərbçisi şəhid olub.
ONN media xəbər verir ki, bu haqda Türkiyə SQ-nin baş qərargahı məlumat yayıb.
“Mayın 31-də İraqın şimalında həyata keçirilən əməliyyatın gedişində separatçı terrorçu qruplaşmanın üzvləri ilə baş vermiş toqquşmada üç hərbçimiz şəhid olub”, -deyə baş qərargahın məlumatında qeyd olunur.
