Türkiyədən PKK-ya AĞIR zərbə
Türkiyənin Giresun bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında silahlı qarşıdurma olub.
ONN media xəbər verir ki, atışma zamanı terror təşkilatı ciddi itkiyə məruz qalıb. İki təhlükəli terrorçu - "Sorej" kod adlı Barış Coşkun və "Bahoz" kod adlı Hıdır Doğru məhv edilib. Öldürülən terrorçuların Qaradəniz bölgəsində vacib fiqurlar olduğu açıqlanıb.
