Tramp-Kim Çen In görüşü təsdiqlənib

Tramp-Kim Çen In görüşü təsdiqlənib


Donald Tramp ABŞ-da səfərdə olan Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxolu qəbul edib.

ONN media CNN-ə istinadən xəbər verir ki, partiya rəsmisi ABŞ prezidentinə KXDR lideri Kim Çen Inın məktubunu çatdırıb.

Söhbət zamanı D.Tramp iyunun 12-də  Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bəyan edib. ABŞ prezidenti həmçinin Kim Çen Inın məktubunu maraqlı adlandırıb.

Geri qayıt