Daşqın nəticəsində Marneuli bazarını su basıb

Gürcüstanda güclü leysan azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda da fəsadlar törədib.
ONN media xəbər verir ki, Alget çayında yaranan daşqın nəticəsində rayonun mərkəzi bazarını və ətrafdakı yolları su basıb.
Daşqın bazarda yerləşən mağazalara ziyan vurub.