Zayed Humanitar Yardımlar Günü

Zayed Humanitar Yardımlar Günü


ONN media xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri dövlətində qeyd olunan "Zayed Humanitar Yardımlar Günü" bütün vətən övladlarının qəlbində əli-açıqlıq, sevgi və tolerantlıq hissələrini coşduran mərhum qurucu lider Şeyx Zayed bin Sultan Al Nəhyanın əziz xatirəsini anmaq məqsədi daşıyır.

Şeyx Zayedin nümunəvi həyatı bizim hamımızı vətən naminə səylərimizi əsirgəməməyə sövq edir. Qeyd edək ki, bu çərçivədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyan 2018-ci ili BƏƏ-də "Zəyed ili"elan edib.

Birləşmiş Ərəb Əmirlikləri dövləti regional və beynəlxalq səviyyədə humanitar yardımların realladırılmasına böyük önəm verir. Bu istiqamətdə BƏƏ-nin Bakıdakı səfirliyi BƏƏ Qırmızı Aypara Cəmiyyəti və Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində xəstələrə, ehtiyacı olan şəxslərə bir sıra tibbi, sosial-ictimai yardımlar, maddi və təcili müalicəyə ehtiyacı olanlara köməkliklər edir. Bu yardımlar təkcə paytaxt Bakı şəhəri ilə məhdudlaşmır, habelə regionlarda da həyata keçirilir. Belə ki, "Zayed ili" çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlığın hədiyyə edilməsi buna misal ola bilər. Həmçinin, səfirlik kasıb və ehtiyacı olanlara müxtəlif ərzaq sovqatları edir, xüsusən müqəddəs Ramazan ayı ərzində Ramazan səbətləri paylanılıb.

Bu il ərzində belə sosial-ictimai və tibbi yardımların göstərilməsi davam edəcək.

Geri qayıt