BMT-yə HÜCUM OLUNUB

BMT-yə HÜCUM OLUNUB


Bir qrup silahlı Mərkəzi Afrika Respublikasında (MAR) BMT sülhməramlılarının karvanına hücum edib.

ONN media xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bir tanzaniyalı BMT sülhməramlısı həlak olub, 7 sülhməramlı isə yaralanıb.

S.Düjarrik bildirib ki, baş katib Antoniu Quterreş sülhməramlılara hücumu qətiyyətlə pisləyir.

Beləliklə, ilin əvvəlindən Mərkəzi Afrika Respublikasında həlak olan sülhməramlıların sayı 4-ə çatıb.

Geri qayıt