Ermənistanın xarici işlər nazirinin Moskvaya yola düşəcəyi planlaşdırılıb

Ermənistanın xarici işlər nazirinin Moskvaya yola düşəcəyi planlaşdırılıb


Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Toqran Balayan media vasitəsi ilə açıqlama verərək bildirib ki, Mnasakanyan Rusiya xarici işlər naziri Serqey Lavrovun dəvəti ilə 6-7 iyunda Moskvada işgüzar səfərdə olacaq.
O, səfər zamanı Mnasakanyan Lavrovla yanaşı, Rusiya parlamentinin deputatları və Moskvadakı erməni tələbələrlə görüş keçirəcək.

Mnasakanyan Rusiya xarici işlər naziri Serqey Lavrovla hansı məsələləri müzakirə edəcəkləri dəqiq deyilməsə də, qondarma Qarabağ probleminin müzakirəsi də istisna edilmir.

Geri qayıt